Qvardyolanın son durumu

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardyola cərrahiyyə əməliyyatından sonra özünü yaxşı hiss edir.

Sportline.az xəbər verir ki, bu haqda klubun Tvitter səhifəsində məlumat paylaşılıb.

"Getdikcə yaxşılaşıram. Həkimlər öz işlərinin öhdəsindən layiqincə gəliblər. Tədricən daha yaxşı olacağam", - deyə Qvardyola bildirib.

Qeyd edək ki, 52 yaşlı mütəxəssisin avqustun sonlarında səbəbi açıqlanmayan təcili əməliyyat üçün Barselonaya getdiyi bildirilmişdi.

Onun yoxluğunda keçirilən iki oyunda komandanı Xuan Lill idarə edib.