Rafael Leao "Milan"la bağlı qərar verdi

Portuqaliya millisinin üzvü Rafael Leao karyerasını "Milan"da davam etdirəcək.

Sportline.az La Gazzetta dello Sport nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu "Milan"a görə iki qitə nəhəngindən imtina edib.

Söhbət "Çelsi" və "Real" klublarından gedir.

Milanlılarla 2024-cü ilədək müqaviləsi olan hücumçunun yeni anlaşmaya imza atacağı bildirilir.

Qeyd edək ki, Leao bu mövsüm meydana çıxdığı 41 oyunda 13 qol və 12 məhsuldar ötürmə müəllifidir.