Rafael Varanın yeni klubu bilindi

"Mançester Yunayted" və "Real"ın sabiq futbolçusu Rafael Varanın yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, fransalı futbolçu karyerasını İtaliyada davam etdirəcək. 

Tanınmış jurnalist Fabrisio Romanonun X sosial şəbəkəsində paylaşdığı məlumata görə, o, "Komo"nun formasını geyinəcək.

31 yaşlı müdafiəçinin transferinin bu həftə həll olunacağı gözlənilir.

Qeyd edək ki, iyunun 30-da onun "Mançester Yunayted"lə müqaviləsi bitib.