Rafael yayda gedir

"Bavariya"nın portuqaliyalı futbolçusu Rafael Gerreyro yayda azad agent kimi klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Nikola Şıkira məlumat yayıb.

32 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 27 matçda 6 qol, 3 asistlə yadda qalıb.

Qeyd edək ki, R.Gerreyronun dəyəri 6 milyon avrodur.