Rafinya "Barselona"dan ayrılır?

"Barselona" brazilyalı futbolçusu Rafinya ilə bağlı qərar verib.

Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, Kataloniya klubu Rafinyaya yeni müqavilə təklif edib.

28 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Rafinya bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 51 matçda 30 qol 25 asistlə yadda qalıb.