Ramos evinə qayıtmaq istəyir

Yanvar ayında “Monterrey”dən azad agent kimi ayrılacaq Serxio Ramos “Real Madrid”ə qayıtmaq istədiyini açıqlayıb.

Sportline.az “Defense Central” nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı mərkəz müdafiəçisi ehtiyatda qalsa belə, geri dönmək istəyir.

S.Ramos 2005-2021-ci illər ərzində “Real Madrid”də çıxış edib.

Qeyd edək ki, “los blankos”un heyətində 4 dəfə Çempionlar Liqası olmaqla yanaşı, 5 La Liqa, İspaniya Süper Kuboku, UEFA Süper Kuboku, Klublararası Dünya Çempionatı və İspaniya Kral Kubokuna sahib çıxıb.