Ramsdeylin sevdası baş tutmadı
"Arsenal"ın qapıçısı Aaron Ramsdeylin "Çelsi" sevdası baş tutmayacaq.
Sportline.az xəbər verir ki, onun qış transfer pəncərəsində gözlənilən keçidi alınmayacaq.
Bu haqda tanınmış jurnalist Fabrisio Romano sosial şəbəkədə məlumat yayıb.
Onun sözlərinə görə, "zadəganlar" 25 yaşlı qolkiperin transferindən vaz keçiblər.
Onların qış fasiləsindəki planlarında dəyişiklik olub.
Qeyd edək ki, Ramsdeylin transfer dəyəri 28 milyon avrodur.