Ranyeri B Seriyasında
Klaudio Ranyeri "Kalyari"nin yeni baş məşqçisi olub.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, mütəxəssislə 2025-ci ilin iyunun 30-dək müqavilə imzalanıb. O, 2023-cü il yanvarın 1-dən yeni işinə başlayacaq.
Ranyeri 1988-1991-ci illərdə "Kalyari"ni çalışdırıb.
Qeyd edək ki, "Kalyari" İtaliya B seriyasında 22 xalla 14-cü pillədə qərarlaşıb.