Raul məşqçi karyerasına başlayır
İspaniya futbolunun canlı əfsanəsi - Raul məşqçilik karyerasına başlamaq qərarına gəlib.
Sportline.az xəbər verir ki, "Real"ın sabiq forvardı gələn ay yeni ampluada iş başında olacaq. Marka qəzetinin məlumatına görə, 2015-ci ildə futbolçu karyerasını başa vuran Raul, Madrid "Real"ının 18 yaşadək futbolçulardan ibarət komandasınə rəhbərlik edəcək.