Rayan Çerki "Lion"u tərk edəcək
"Lion"un fransalı futbolçusu Rayan Çerki mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az "The Sun" qəzetinə istinadən xəbər verir ki, "Liverpul", "Bavariya" və "Borussiya Dortmund" Çerki ilə yaxından maraqlanır.
21 yaşlı futbolçunun "Lion"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Rayan Çerki bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 34 matçda 8 qol və 18 məhsuldar ötürmə müəllifi olub.
Onun hazır ki dəyəri "Transfermarkt" portalına görə 30 milyon avro olaraq qiymətləndirilir.