Raykaard: "Barsa "El Klasiko"nun favoritidir"

Hollandiyalı futbol mütəxəssisi Frenk Raykaard aprelin 2-də keçiriləcək "El Klasiko" ilə bağlı fikirlərini bölüşüb. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, mütəxəssis "Barselona"nı aşkar favorit hesab edir: 

"Hazırda "Barselona" dünyanın ən güclü komandasıdır. İstənilən rəqibə qarşı oyunda Luis Enrikenin yetirmələri favoritdir. Eləcə də, "Real"la oyunda katalonların qələbə qazanacağını düşünürəm".

"Barsa"nın Çempionlar Liqasında da uğurlu çıxışını sonadək davam etdirəcəyinə inandığını  deyən Raykaard, "Qitənin ali klub yarışında "Barselona"ya yalnız "Bavariya" çətinlik yarada bilər", - deyə bildirib.

Qeyd edək ki, Frenk Raykaard 2003-2008-ci illərdə katalon klubunu çalışdırıb.