"Real Betis" Almaniya nəhənginin qapısını döydü

"Real Betis" "Borussiya Dortmund"un portuqaliyalı hücumçusu Fabio Silvanı transfer etməyə çalışır.

Sportline.az jurnalist Saşa Tavolierinin məlumatına istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun transfer qiyməti 30 milyon avro olaraq təyin olunub.

F.Silva İspaniya klubunun bu təklifinə müsbət yanaşır.

Qeyd edək ki, sözügedən oyunçu bu mövsüm cəmi 348 dəqiqə meydanda olub. Aktivində 1 qol, 3 məhsuldar ötürmə var.