"Real Betis" ispaniyalı futbolçusu üçün 35 milyon avro tələb edir

"Çelsi" "Real Betis"in ispaniyalı futbolçusu Xesus Rodrigez üçün hərəkətə keçib.

Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, "Betis" Xesus üçün 35 milyon avro tələb edir.

"Çelsi"nin rəhbərliyi bu məbləği İspaniya klubuna ödəməyə hazırdır.

Qeyd edək ki, Xesus Rodrigez bu mövsüm çıxış etdiyi 35 matçda 4 qol və 4 asistlə yadda qalıb.