"Real" Beylə əvəzləyici tapdı

Madrid "Real"ı mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Qaret Beylə əvəzləyici tapıb. SportLine.az "BBC Sport"a istinadən xəbər verir ki, "kral klubu" paytaxtın digər klubu - "Atletiko"nun futbolçusu Xuanfranı heyətinə qatmaq niyyətindədir.

"Real" rəhbərliyinin mövsümün sonunda futbolçunun keçidini rəsmiləşdirməyə çalışacağı gözlənilir.

Qeyd edək ki, futbolun sirlərinə "Real"da yiyələnən Xuanfran 2004-2006-cı illərdə 6 oyunda "kral klubu"nun şərəfini qoruyub.