“Real Madrid” 13 yaşlı futbolçunu transfer edir
“Real Madrid” “Atletiko”nun gənc ulduzunu transfer edir – razılıq əldə olundu.
Sportline.az xəbər verir ki, “Real Madrid” akademiya səviyyəsində diqqətçəkən transferə imza atmağa hazırlaşır.
“Kral klubu” “Atletiko Madrid”in U-12 komandasında çıxış edən istedadlı futbolçu Visente Viktor Korrea Mendi ilə razılıq əldə edib.
Mənbənin məlumatına görə, sol cinah müdafiəçisi kimi çıxış edən gənc oyunçu artıq “Real Madrid”in diqqətini cəlb edib və tərəflər arasında anlaşma təmin olunub.