"Real Madrid" 3 futbolçusu ilə yollarını ayıracaq
"Real Madrid" yay transfer pəncərəsi dövründə heyətində bəzi dəyişiklərə əl atacaq.
Sportline.az "Diario As" qəzetinə istinadən xəbər verir ki, Luka Modriç, Lukas Vazkez və David Alaba mövsümün sonunda "Real"dan ayrılacaq.
Modriç və Vazkezin müqaviləsi mövsümün sonunda, Alabada isə 2026-cı ilin yayında başa çatacaq.
Qeyd edək ki, Alabanın hazır ki dəyəri "Transfermarkt" portalına görə 10 milyon avro olaraq qiymətləndirilir.