"Real Madrid" almaniyalı stopperlə ciddi şəkildə maraqlanır

"Real Madrid" "Borussiya Dortmund"un futbolçusu Niko Şlotterberqlə yaxından maraqlanır.

Sportline.az xəbər verir ki, bu haqda "Bild" nəşri məlumat yayıb.

26 yaşlı mərkəz müdafiəçisinin transfer qiyməti 55 milyon avrodur.

Qeyd edək ki, N.Şlotterberqin Almaniya klubu ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.