"Real Madrid" Alonsoya görə təzminat ödəməlidir

"Real" klubun baş məşqçi postuna gətirmək istədiyi Xabi Alonsonun hazırda çalışdırdığı "Bayer"ə təzminat ödəməlidir.

Sportline.az "Relevo"ya istinadən xəbər verir ki, söhbət 8 milyon avro civarında bir məbləğdən gedir.

Qeyd edək ki,  Alonso "Real Madrid"in mövsümün sonunda vəzifəsindən ayrılması gözlənilən baş məşqçisi Karlo Ançelottinin əsas əvəzləyicisi kimi göstərilir. Madrid klubu italiyalı mütəxəssislə yollarını ayırmağı düşünür.