"Real Madrid" "Aston Villa"ya elçi düşüb

"Aston Villa"nın ispaniyalı futbolçusu Pau Torres karyerasını ölkəsində davam etdirməyə yaxındır.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" Pau Torres üçün "Aston Villa" ilə görüşmələrə başlayıb.

28 yaşlı stoperin transfer qiyməti 40 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Pau Torres bu mövsüm çıxış etdiyi 28 matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Oyunçunun Birmingem klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.