“Real Madrid” “Bavariya” səddini keçə biləcək?
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə bu gün yekun vurulacaq.
Sportline.az xəbər verir ki, “Real Madrid” “Allianz Arena”da “Bavariya” ilə üz-üzə gələcək. İlk oyunda Münhen klubu rəqibini səfərdə 2-1 hesabı ilə məğlub etmişdi.
Bu görüşdə heç şüphəsiz “los blankos” geri dönüş etmək üçün cəhd edəcək. Turniri rekord sayda 15 dəfə qazanan “Real”ın heyətində əsas itki Çuameni, Tibo Kurtua və Rodriqonun adı ilə bağlıdır.
“Bavariya”da yeganə itki Lennart Karldır. 18 yaşlı futbolçu zədədən əziyyət çəkir.
Matçda söz sahibi sloveniyalı hakim Slavko Vinçiç olacaq.
Qeyd edək ki, "Bavariya" - "Real Madrid" görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.