"Real Madrid" "Bavariya"ya 142 milyon avro ödəməyə hazırdır

"Real Madrid" "Bavariya"ya Maykl Olise üçün 142 milyon avro ödəməyə hazırdır.

Sportline.az xəbər verir ki, bu haqda "Bild" nəşri məlumat yayıb.

24 yaşlı futbolçunun Münhen təmsilçisi ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.

Qeyd edək ki, M.Olise cari mövsüm meydana çıxdığı 41 matçda 16 qol, 29 asistlə yadda qalıb.