"Real Madrid" "Bavariya"ya 160 milyon avro ödəməyə hazırdır

"Real Madrid" yayda heyətini gücləndirməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, əsas hədəf Maykl Olisedir.

"Bild" nəşrinin yaydığı məlumata görə, "los blankos" bu keçid üçün "Bavariya"ya 160 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, M.Olise cari mövsüm meydana çıxdığı 38 matçda 15 qol, 27 asistlə yadda qalıb.