"Real Madrid" "Bayer"in futbolçusunu hədəf alıb

"Real Madrid"in yeni transfer hədəfi bəlli olub.

Sportline.az xəbər verir ki, İspaniya klubu Alvaro Karreyrasın əvəzinə Alexandro Qrimaldo ilə danışıqlara başlayıb.

“Real Madrid” yay transfer pəncərəsində müdafiə xəttini gücləndirmək üçün planlaşdırdığı Alvaro Karreyras transferində çətinliklərlə qarşılaşdığından, alternativ variantlara yönəlib.

İspaniyanın tanınmış “Cadena Ser” radiosunun məlumatına görə, Madrid klubu “Bayer”in sol cinah müdafiəçisi Alehandro Qrimaldo ilə rəsmi danışıqlara start verib.