"Real Madrid" belçikalı qapıçısı ilə yola davam edəcək

"Real Madrid" belçikalı qapıçısı Tibo Kurtua ilə yola davam etmək qərarına gəlib.

Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu Kurtuaya 2 illik yeni müqavilə təklif edib.

32 yaşlı kiperin "Real"la hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Kurtuanın hazırkı dəyəri 25 milyon avrodur.

O bu mövsüm çıxış etdiyi 43 matçda qapısında 48 top görüb.

Xatırladaq ki, Tibo Kurtua 2018-ci ilin yayında "Çelsi"dən "Real Madrid"ə 35 milyon avro qarşılığında transfer olmuşdu.