"Real Madrid" Bellingemi transfer etmək istəyir
"Real Madrid" "Sanderlend"in ingiltərəli futbolçusu Cob Bellingemi heyətinə qatmaq istəyir.
Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, Madrid klubu Bellingem üçün "Sanderlend"lə danışıqlara başlayıb.
19 yaşlı yarımmüdafiəçin transfer qiyməti 25 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Bellingem bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 39 matçda 4 qol 3 asistlə yadda qalıb.