"Real Madrid" "Benfika" ilə üz-üzə gələcək

UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulur.

Sportline.az xəbər verir ki, "Real Madrid" "Santiaqo Bernabeu"da "Benfika" ilə qarşılaşacaq. İlk dueldə "los blankos" rəqibi minimal hesabla məğlub etmişdi. 1-0.

İspaniya təmsilçisində Din Höysen, Eder Militao, Dani Seballyos, Cud Bellingem zədə səbəbindən meydana çıxa bilməyəcək.

Portuqaliya klubunda Samuel Soares, Joao Veloso və Cianluka Prestianni görüşün iştirak ərzəsində yer almayıb.

Qeyd edək ki, "Real Madrid" - "Benfika" qarşılaşması bu gün Bakı vaxtı ilə gecə saat 12-də başlanacaq. Oyunda söz sahibi sloveniyalı hakim Slavko Vinçiç olacaq.