"Real Madrid" "Çelsi"nin futbolçusuna göz qoyub
"Real Madrid" "Çelsi"nin argentinalı futbolçusu Enzo Fernandezi heyətinə qatmağı düşünür.
Sportline.az xəbər verir ki, bu haqda "Siempre Con Argentina" nəşri məlumat yayıb.
Enzo Fernandezin transfer qiyməti 80 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yanvar ayında "Benfika"dan "Çelsi"yə 121 milyon avro qarşılığında transfer olmuşdu.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 39 matçda 6 qol 10 asistlə yadda qalıb.
Xatırladaq ki, Enzo Fernandezin "Çelsi" ilə müqaviləsi 2032-ci ilin yayına qədər nəzərdə tutulub.