"Real Madrid dünyanın ən yaxşı baş məşqçilərindən birinə sahibdir"
"Barselona"nın baş məşqçisi Hansi Flik əzəzli rəqibləri - "Real"ı çalışdıran 65 yaşlı italyan mütəxəssis Karlo Ançelottiyə qarşı ədalətsiz davranıldığını deyib.
Sportline.az insayder Fabritsio Romanonun paylaşımına istinadən xəbər verir ki, 60 yaşlı alman mütəxəssis Flik - Ançelottinin komandadan göndərilməsinə belə münasibət bildirib:
"Real Madrid dünyanın ən yaxşı baş məşqçilərindən birinə sahibdir. Ançelottinin başına gələnləri görmək xoş deyil.
O, klubda hər şeyi qazanıb, centlmendir və ona olan hörmətim böyükdür.
Bu həftəsonu onu yenə görməkdən şad olacam, inanılmaz baş məşqçidir".
Qeyd edək ki, 27 aprel gecəyarısı saat 00:00-da İspaniya Kubokunun finalında "Barselona" "Real Madrid"lə qarşılacaq.