"Real Madrid" əfsanəsi ilə yeni müqavilə imzalayacaq

"Real Madrid"in xorvatiyalı əfsanəsi Luka Modriç klubla yeni müqavilə imzalayacaq.

Sportline.az "Diario As" qəzetinə istinadən xəbər verir ki, "Real" Modriçə 1 illik yeni müqavilə təklif edib.

39 yaşlı futbolçunun hazırkı müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, Modriç 2012-ci ildən "Real Madrid"in şərəfini qoruyur.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 51 matçda 4 qol 7 məhsuldar ötürmə müəllifi olub.