"Real" Madrid "Forbes" jurnalına görə dünyanın ən dəyərli futbol klubudur

Məşhur "Forbes" jurnalı dünyanın ən bahalı 30 futbol klubunun siyahısını dərc edib.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, ən bahalı futbol klubu 6.6 milyard dollar dəyərlə "Real Madrid olub.

İkinci yerdə 6,55 milyard dollar dəyərlə “Mançester Yunayted” qərarlaşıb.

Reytinqdə üçüncü yeri “Barselona” tutub (5,6 milyard dollar).

Qeyd edək ki, siyahının aşağı pillərərində ABŞ klubları üstünlük təşkil edir.