“Real Madrid” fransalı stoperi transfer etmək istəyir

Villiam Saliba "Real Madrid"in yayda əsas hədəfi olacaq.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Florentino Perez 24 yaşlı futbolçunu transfer etmək üçün əlindən gələni edəcək.

"Los Blancos"da məhz fransalını müdafiənin mərkəzində yeni lider olaraq görmək istəyirlər. "Arsenal" və Salibanın özü "Real Madrid"in bu planlarından xəbərdardırlar.

Yarımmüdafiə xəttinə gəlincə, Martin Zubimendinin "Los Blancos"a keçəcəyi gözlənilmir. "Real Sosyedad"ın futbolçusunun "Arsenal" ilə şifahi razılığı var.

"Real Madrid" üçün variantlardan biri "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonalidir.