"Real Madrid" ispaniyalı futbolçu üçün görüşmələrə başlayıb
"Real Madrid" klubu yeni stoper axtarışına çıxıb.
Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, "Bormunt"un ispaniyalı futbolçusu Din Haysen "Real"ın maraq dairəsinə düşüb.
Madrid klubu 20 yaşlı futbolçunun meneceri ilə görüşmələrə başlayıb.
Qeyd edək ki, Haysenin transfer qiyməti 45 milyon avrodur. O, cari mövsüm çıxış etdiyi 33 matçda 3 qol 1 asistlə yadda qalıb.