"Real Madrid" "Mançester Siti"yə qarşı

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları davam edir.

Sportline.az xəbər verir ki, turnirin 15 qat qalibi "Real Madrid" "Santiaqo Bernabeu" stadionunda "Mançester Siti" ilə üz-üzə gələcək.

Heyətlərə nəzər saldıqda "los blankos"da itkilərin sayı kifayət qədərdir. Alvaro Karreras, David Alaba, Eder Militao, Dani Sebalyos, Cud Bellingem və Rodriqo zədəlidir. Kilian Mbappenin durumuna oyun saatlarında aydınlıq gələcək.

"Şəhərlilər"də Yosko Qvardiol və Mateo Kovaçiç baş məşqçi Pep Qvardiolanın sərəncamında olmayacaq.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat gecə 12-də səslənəcək görüşü italiyalı hakim Maurizio Mariani idarə edəcək.