"Real Madrid" rekord qırıb

"Real Madrid" klubu ardıcıl 29-cu dəfə Çempionlar Liqasının 1/8 finalına yüksəlib.

Sportline.az xəbər verir ki, fevralın 25-də “kral klubu” Çempionlar Liqasının cavab pley-off oyununda Lissabonun “Benfika”sını məğlub edib.

“Real” sonuncu dəfə 1996/97 mövsümündə, UEFA Kubokunda iştirak edərkən 1/8 finala yüksələ bilməyib.

Həmin vaxtdan bəri madridlilər hər il Çempionlar Liqasının qrup mərhələsində iştirak edir və mütləq şəkildə turnirdə 16 komandanın qaldığı mərhələyə qədər irəliləyirlər.