"Real Madrid" Rudigerlə bağlı qərar verib

"Real Madrid" almaniyalı müdafiəçisi Antonio Rudigerlə yola davam edəcək.

Sportline.az jurnalist Ekrem Konurun məlumatına istinadən xəbər verir ki, Madrid klubu Rudigerə yeni müqavilə təklif etməyi düşünür.

32 yaşlı futbolçunun "Real Madrid"lə hazır ki müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Rudiger bu mövsüm çıxış etdiyi 44 matçda 3 qol və 1 asistlə yadda qalıb. 

Onun transfer qiyməti 25 milyon avro olaraq təyin olunub.