"Real Madrid" "Sosyedad"ın müdafiəçisinə göz dikib
"Real Madrid" "Sosyedad"ın venezuelalı futbolçusu Con Aramburunu heyətinə qatmaq istəyir.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu Con Aramburunun meneceri ilə danışıqlar aparır.
22 yaşlı sağ cinah müdafiəçisinin transfer qiyməti 25 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Aramburunun "Sosyedad"la müqaviləsi 2030-cu ilin yayına qədərdir.