"Real Madrid" və "Barselona" transfer yarışına girib

"Bavariya"nın parlamaqda olan ulduzu Maykl Olise İspaniya nəhənglərinin transfer radarına düşüb.

Sportline.az xəbər verir ki, "Real Madrid" və "Barselona" 24 yaşlı sağ cinah vingerinin transfer etmək üçün yarışa girib.

"Liverpul"da Oliseni transfer etmək istəsə də, oyunçu Premyer Liqaya qayıtmaq niyyətində olmadığını bildirib.

Qeyd edək ki, Fransa millisinin üzvü bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 29 matçda 12 qol, 16 asistlə yadda qalıb.

M.Olisenin Münhen klubu ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Xatırladaq ki, sözügedən oyunçu "Bavariya" klubuna 2024-cü ilin yayında "Kristal Pelas"dan 53 milyon avro qarşılığında transfer olunmuşdu.