“Real Madrid” və “Bavariya” transfer yarışına girib
"Borussiya Dortmund"un mərkəz müdafiəçisi Niko Şlotterberq yayda komandasını dəyişə bilər.
Sportline.az xəbər verir ki, "Real Madrid" və "Bavariya" 26 yaşlı oyunçu üçün transfer yarışına girib.
Bu haqda "Sky Sports Germany" nəşri məlumat yayıb.
Qeyd edək ki, N.Şlotterberq cari mövsüm meydana çıxdığı 14 matçda 2 asistlə yadda qalıb.