“Real Madrid” Vinisiusla bağlı qərar verib
“Real” tezliklə komandanın liderlərindən biri, braziliyalı Vinisius Juniorla əmək müqaviləsini yeniləyəcək.
Sportline.az "Marca"ya istinadən xəbər verir ki, Madrid klubu artıq 24 yaşlı futbolçu ilə əməkdaşlığın uzadılmasına dair razılığa gəlib.
Onun Madrid komandası ilə yeni müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub.
Qeyri-rəsmi məlumata görə, futbolçunun maaşı növbəti mövsümlərdə daha da artırılmaqla 20 milyon avro olacaq.