"Real Madrid"dən 150 milyon avroluq transfer

“Real Madrid” "Bavariya"nın hücumçusu Maykl Oliseni transfer etmək istəyir.

Sportline.az xəbər verir ki, “Real”ın fransalı futbolçunun transferi üçün danışıqlara başlamağa hazırlaşdığı iddia edilir. İspaniya mətbuatının yaydığı məlumata görə, klub rəhbərliyi 24 yaşlı vingeri gələcək layihənin əsas hissələrindən biri hesab edir. Bildirilir ki, Madrid təmsilçisi futbolçunun keçidi üçün böyük məbləğ ödəməyə hazırdır. İddialara görə, “Real” 150 milyon avro dəyərində transfer təklifi irəli sürə bilər. 

Qeyd edək ki, Maykl Olisenin “Bavariya” ilə müqaviləsi 2029-cu ildə başa çatır.

Banner