“Real Madrid”dən 220 milyonluq transfer planı
İspaniya nəhəngi “Real Madrid”in Almaniya təmsilçisi “Bayern Münhen” forması geyinən Maykl Olise üçün növbəti transfer həmləsinə hazırlaşdığı bildirilir.
Sportline .az “Marca” nəşrinə istinadən xəbər verir ki, Madrid klubu 24 yaşlı fransız cinah oyunçusunu heyətinə qatmaq məqsədilə 220 milyon avro məbləğində rəsmi təklif göndərməyi nəzərdən keçirir.
Qeyd edək ki, son həftələrdə Olisenin adı “Real Madrid”lə tez-tez hallanır. Daha əvvəl də kral klubunun futbolçu üçün 150 milyon avroya qədər yüksələn təklif hazırladığı barədə xəbərlər yayılmışdı.
Lakin “Bayern” rəhbərliyi fransız ulduzu satmaq niyyətində olmadığını dəfələrlə vurğulayıb.
Qeyd edək ki , Maykl Olise “Bayern”in heyətində ötən mövsüm çıxdığı 57 matçda 25 qol 28 asistlə yadda qalıb və onun Münhen təmsilçisi ilə müqavilə müddəti 2029 cu ilin yayına qədərdir.