"Real Madrid"dən 50 milyon avroluq transfer

"Real Madrid" "Borussiya Dortmund"un mərkəz müdafiəçisi Niko Şlotterberqi heyətinə qatmaq istəyir.

Sportline.az xəbər verir ki, Madrid klubu bu keçid üçün qarşı tərəfə 50 milyon avro ödəməyə hazırdır.

Bu haqda "Diario As" nəşri məlumat yayıb.

Qeyd edək ki, Şlotterberq "Real Madrid"də oynamaq üçün can atır.