"Real Madrid"dən Saliba həmləsi
"Arsenal"ın fransalı stoperi Vilyam Saliba "Real Madrid"in maraq dairəsinə düşüb.
Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, Madrid klubu Saliba üçün "Arsenal"a 90 milyon avro ödəməyə hazırdır.
24 yaşlı futbolçunun London klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Saliba cari mövsüm çıxış etdiyi 47 matçda 2 qolla yadda qalıb.