"Real Madrid"dən transfer bombası
"Real Madrid" "Bavariya"nın futbolçusu Maykl Olize üçün tarixi təklif hazırlayıb.
Sportline.az xəbər verir ki, Madrid təmsilçisi fransalı futbolçunun transferi üçün 223 milyon avroluq təklif irəli sürüb. İspaniya mətbuatının məlumatına görə, məbləğin 190 milyon avrosu sabit ödəniş, 33 milyon avrosu isə bonuslardan ibarətdir.
Transfer baş tutacağı təqdirdə, bu məbləğ PSJ-nin 2017-ci ildə Neymar üçün "Barselona"ya ödədiyi 222 milyon avroluq rekordu geridə qoyacaq.