"Real Madrid"ə pis xəbər

"Real Madrid"in 21 yaşlı ingilis futbolçusu Jud Bellingem əzələ ağrıları səbəbilə dünənki məşqdə iştirak edə bilməyib.

Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, bu gün isə komanda ilə deyil, zalda fərdi olaraq məşq edib.

O həmçinin 1 ildən çoxdur, çiyin zədəsi ilə oyunlara çıxır.

Qeyd edək ki, bu mövsüm "Los Blankos"la 42 dəfə meydanda olan Bellingem 12 qol, 10 assistlə yadda qalıb.