"Real Madrid"ə şad xəbər
"Real Madrid"in brazilyalı futbolçusu Rodriqonun zədəsi sağalıb.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano "X" hesabında paylaşım edib.
Rodriqo "Barselona"ya qarşı matçda iştirak edə biləcək.
Qeyd edək ki, "Barselona" - "Real Madrid" oyunu mayın 11-i saat 18:15-də başlanacaq.