"Real Madrid"in 1 nömrəli hədəfi
"Real Madrid" yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Arsenal"ın fransalı müdafiəçisi Vilyam Saliba "Real Madrid"in əsas transfer hədəfinə çevrilib.
24 yaşlı futbolçu üçün Madrid klubu yayda "Arsenal"a rəsmi təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, Salibanın hazırkı dəyəri "Transfermarkt" portalına görə 80 milyon avro olaraq qiymətləndirilir.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 48 matçda 2 qolla yadda qalıb.