"Real Madrid"in brazilyalı ulduzu klubdan ayrıla bilər

"Real Madrid"in brazilyalı ulduz futbolçusu Rodriqo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, "Liverpul", "Arsenal" və "Mançester Siti" Rodriqonu transfer etmək istəyən klubların siyahısında yer alır.

24 yaşlı yaşlı sağ cinah vingerinin klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Rodriqo bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 50 matçda 13 qol 10 asistlə yadda qalıb.