"Real Madrid"in gözü "Dortmund"un futbolçusunun üzərindədir

"Real Madrid" yayda yeni qapıçı transfer etməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, əsas hədəf "Borussiya Dortmund"un kiperi Qreqor Kobeldir.

Bu haqda jurnalist Jorge Pikon məlumat yayıb.

Qeyd edək ki, Kobel bu mövsüm meydana çıxdığı 36 matçda qapısında 45 top görüb.