"Real Madrid"in kapitanına cəza verilə bilər

"Real”ın müdafiəçisi Dani Karvahal bir neçə oyunluq diskvalifikasiya oluna bilər.

Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, onu İspaniya kubokunun “Barselona” ilə final oyununda hakimə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə cəza gözləyir.

Karvahal zədə səbəbindən “El-Klasiko”da iştirak etməyib. Ancaq onun matç zamanı və ya sonrakı davranışları ilə bağlı ciddi araşdırma aparılır.